Ziyadxan Eyvazovdan, Bakı, Azərbaycan
Cənab Prezident.
Unudulmaz Ümummilli Liderimiz Heydər Əliyevin mükəmməl xarici və daxili siyasəti Azərbaycanı böyük bəlalardan xilas etmiş, Azərbaycan davamlı inkişaf etməyə başlamışdır. Ulu Öndərimizin siyasətini, yarımçıq qalmış işlərini uğurla davam etdirən Siz oldunuz.
Dövlətimizin qarşısında duran ən böyük problemlərdən biri də Qarabağ düyünü idi. Siz bu problemə də çarə tapdınız, Qarabağı düşməndən azad etdiniz.
Dünyada inkişaf etməkdə olan ölkələrin içərisində artıq Azərbaycanın da adı var. Bu, Sizin siyasətinizin nəticəsidir.
Allah Ümummilli Liderimiz Heydər Əliyevə qəni-qəni rəhmət eləsin.
Cənab Prezident, Sizin uğurlu işləriniz göz qabağındadır. Allah Sizə və ailənizə uzun ömür, cansağlığı versin.
Hörmətlə,
Eyvazov Ziyadxan Meylan oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.