13 dekabr 2023, 10:00

Sevinc Budaqovadan, Bakı, Azərbaycan

Hörmətli Prezidentimiz.

Sizin gördüyünüz işlərin, apardığınız daxili və xarici siyasətin nəticəsidir ki, bu gün xalqımız qürurla yaşayır. Son illərdə gördüyünüz misilsiz işlərlə insanlarda ümid və inam hissini daha da artırmısınız.

Siz həmişə Azərbaycan xalqına və xüsusilə gənclərə qayğı göstərmisiniz. Anaları sevindirmək ən müqəddəs işdir. Əsirlikdə olan iki Azərbaycan övladının azad olunması, onların analarına qovuşmasının təmin edilməsi ilə bağlı mühüm addımların atılması bütün anaların sevinci, alqışıdır.

Cənab Prezident, bu işdə göstərdiyiniz böyük xidmətə görə bir ana və müəllim kimi Sizə minnətdaram.

Hörmətlə,

Budaqova Sevinc

Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.