13 dekabr 2023, 09:33
Babək Ağayevdən, Bərdə, Azərbaycan
Cənab Prezident!
Sizin rəhbərliyinizlə həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Qarabağın terrorçulardan və qeyri-qanuni erməni silahlı birləşmələrindən azad olunması, Ağdərədə və Qarabağın digər ərazilərində üçrəngli bayrağımızın dalğalandırılması qəlbimizi riqqətə gətirdi.
Bu günlərdə Ağdərə rayonunun bərpa olunması ilə bağlı hüquqi işlərə başlanılması bir keçmiş Ağdərə rayon sakini kimi məni çox sevindirir. Xalqımıza göstərdiyiniz qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Ağayev Babək Məcid oğlu,
fermer.
Azərbaycan Respublikası, Bərdə rayonu, Divanlı kəndi.