13 dekabr 2023, 19:00
Vüsalə Əliyevadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Qarabağ qələbəsinin sevincini böyük qürur hissi ilə yaşayırlar. Sizin sayənizdə Azərbaycan həm hərb meydanında, həm də diplomatiya sahəsində düşməni diz çökdürdü.
Sizin sayənizdə qazanılan zəfərlər bizə sevinc hissləri yaşatdı. Növbəti sevinci isə düşmən əsirliyində olan əsgər Hüseyn Axundov və Aqşin Bəbirovun azad ediləcəyi barədə xəbəri alanda yaşadıq.
Yaşadığımız sevinc, qürur hisslərinə görə Sizə minnətdarıq, cənab Prezident.
Biz Sizinlə fəxr edirik.
Hörmətlə,
Əliyeva Vüsalə
Azərbaycan Respublikası, Bakı şəhəri.