13 dekabr 2023, 18:33

Fuad Abdullayevdən, Goranboy, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi ailə üzvlərimin adından salamlayır və uğurlu siyasətinizə görə təşəkkür edirəm.

Sizin ölkə daxilində həyata keçirdiyiniz müdrik islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasətiniz sayəsində Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti olmaqla, dünya arenasında da nüfuzlu söz sahibinə çevrilmişdir.

Cənab Prezident, Siz bizim tarixi Qələbəmizin memarısınız.

Biz tam əminik ki, Azərbaycan gələcəkdə də Sizin rəhbərliyinizlə daha da güclənəcək, hər zaman inkişaf edəcək və güclü bir dövlət kimi bütün dünyaya səs salacaqdır.

Sizi ürəkdən alqışlayırıq. Allah amanında, Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Abdullayev Fuad

Azərbaycan Respublikası, Goranboy rayonu.