13 dekabr 2023, 18:05

Rafael Hüseynovdan, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin rəhbərliyinizlə əldə etdiyimiz zəfərlər həm də Lider-Xalq-Dövlət-Ordu birliyinin rəmzinə çevrildi. Bu sarsılmaz birlik öz məqsədinə çatdı.

Xalqımız daim Sizə inanır. Hamımız əminik ki, Azərbaycanın öz maraqlarını, sərhədlərini, ərazi bütövlüyünü müdafiə etmək əzmkarlığına malikdir. Bizə kəm gözlə baxan hər kəs bilməlidir ki, Siz varsiniz, “Dəmir Yumruq” yerindədir!

Düşmən əsirliyində olan əsgər Hüseyn Axundov və Aqşin Bəbirovun azadlığa qovuşacağı xəbəri Sizə olan inamı daha da möhkəmləndirdi.

Hər şeyə görə çox sağ olun, cənab Prezident!

Hörmətlə,

Hüseynov Rafael.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.