Elçin Cavadov və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Biz Gəncə şəhərinin ziyalıları adından bildiririk ki, Gəncə sakinləri növbədənkənar seçkilər nəticəsində Sizi xalqımızın daimi Prezidenti görmək arzusundadır.
Siz xalqımızın xilaskarı, qalib Sərkərdəsisiniz, Ulu Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısısınız. Onu bilin ki, damarında azərbaycanlı qanı axan, özünə azərbaycanlı deyən hər bir kəs sonunadək Sizinlə birlikdədir. Azərbaycan xalqı tariximizin ən şanlı və şərəfli günlərini Sizin sayənizdə yaşadı.
Azərbaycanın günü-gündən çiçəklənməsi, sosial-iqtisadi inkişafı, əhalinin sosial rifah halının yüksəlməsi məhz Sizin apardığınız düşünülmüş və uzaqgörən siyasətin məntiqi nəticəsidir.
Respublikamızın hər yerində olduğu kimi, Gəncə şəhərində də genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Gəncə şəhərinə göstərdiyiniz diqqət və qayğı nəticəsində yol infrastrukturu yenidən qurulub, küçələrdə müasir işıqlandırma sistemləri quraşdırılıb, su təchizatı yaxşılaşdırılıb, sakinlərin asudə vaxtını səmərəli keçirmələri üçün parklar salınıb. Bütün bunlar Sizin ölkə vətəndaşlarına göstərdiyiniz diqqət və qayğının təzahürüdür.
Cənab Prezident, ölkəmizin tərəqqisi naminə görülən işlərə görə Sizə minnətdarıq.
Tanrı Sizi qorusun.
Hörmətlə,
Cavadov Elçin Məhəmməd oğlu
Gəncə Dövlət Universitetinin kafedra müdiri.
Xurşudov Şahin Nadir oğlu
Quliyev Muğan Salman oğlu
Yaqubov Emin Kərim oğlu
Rzayev Orucəli Hüseynqulu oğlu
İsmayılov Elxan Xəlil oğlu
Quliyev Niyazi İslam oğlu
Cavadov İlkin Elçin oğlu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.