13 dekabr 2023, 16:24

Könül Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Siz Azərbaycan tarixinə qızıl hərflərlə yazılan möhtəşəm uğurlarımızın müəllifisiniz. Xalqımızı vahid amal uğrunda birləşdirərək şanlı Zəfər qazandınız, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiniz.

Bu ilin aprel ayından əsirlikdə olan iki gəncimizin ailəsinə qovuşması xəbəri də bizi çox qürurlandırdı. Sizin uğurlu siyasətiniz və “dəmir yumruğ”unuz sayəsində dövlətimiz iri addımlarla irəliləyir.

Kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildirirəm.

Sizinlə daim fəxr edirik.

Allah Sizi qorusun!

Hörmətlə,

Əliyeva Könül

Azərbaycan Respublikası, Bakı şəhəri.