13 dekabr 2023, 15:25

Xəyalə Özdəmirdən, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

İlk növbədə, Sizi və ailənizi səmimi-qəlbdən salamlayır, ən xoş arzularımı çatdırıram.

Qədim Gəncədə həyata keçirilən abadlıq-quruculuq işləri biz sakinləri qəlbən sevindirir. İndi Gəncə daha gözəl görünür. Bu, respublikamızın regionlarının sosial-iqtisadi inkişafına olan diqqətinizin nəticəsidir.

Mən aztəminatlı ailənin üzvüyəm. Üç övladımı təkbaşına böyüdürəm. Dövlətimin qayğısı mənim üçün çox önəmlidir. Aztəminatlı ailələrin üzvlərinə göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi və ailənizi daim hifz etsin.

Hörmətlə,

Özdəmir Xəyalə,

aztəminatlı ailənin üzvü.

Azərbaycan Respublikası, Gəncə şəhəri.