13 dekabr 2023, 16:47
Murad Musayevdən, Şəki, Azərbaycan
Möhtərəm cənab Prezident.
Bu tarixi bir dönəmdə ölkəmizin və xalqımızın həyatında çox əlamətdar və önəmli məsələ olan növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə əlaqədar qərarınızı böyük coşqu ilə dəstəklədiyimizi ifadə etmək istəyirəm.
İlk dəfə səsvermə bütün ölkə ərazisində keçiriləcək. Bunun Azərbaycanın suveren hüquqlarını bütün ölkə ərazisində tam həyata keçirməsinin və xalqın iradəsinin ifadəsi olaraq dünyaya bəyan edilməsi və vaxtında atılmış addım olduğunu düşünürəm.
Hörmətlə,
Musayev Murad Zabit oğlu
Azərbaycan Respublikası, Şəki şəhəri.