13 dekabr 2023, 14:25

Ülviyyə İsmayılovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu gün Ölkəmiz Sizin rəhbərliyinizlə inamlı addımlarla irəliləyir. Erməni əsirliyində olan iki əsgərimizin Yürütdüyünüz uğurlu, müdrik siyasət sayəsində ölkəmizə qaytarılması ilə bağlı razılaşma əldə olundu. Siz gözü yolda qalan analara sevinc göz yaşları bəxş etdiniz və bir daha öz dövlətinə, Prezidentinə güvənməyin nə demək olduğunu nümayiş etdirdiniz. Çox sağ olun!

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür, dövlətimizin tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Allah Sizi həmişə var eləsin!

Hörmətlə,

İsmayılova Ülviyyə.

Azərbaycan Respublikası, Bakı şəhəri.