13 dekabr 2023, 14:00

Sahibə Abbasovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Düşmən əsirliyində olan əsgərlərimiz Hüseyn Axundovun və Aqşin Bəbirovun azad edilməsi istiqamətində səylərinizin müsbət nəticələnməsinə görə rəhbərlik etdiyim kollektiv adından Sizə dərin təşəkkürümü bildirirəm. Anaları sevindirmək hər rəhbərə nəsib olmur. Bu sevinc Sizin apardığınız uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Siz bizim qəlbimizi fəth etmisiniz. Var olun, cənab Prezident! Sizi sevir və hər zaman dəstəkləyirik.

Tanrı yar və yardımçınız olsun!

Hörmətlə,

Abbasova Sahibə.

Azərbaycan Respublikası, Bakı şəhəri.