13 dekabr 2023, 11:12
Elçin Quliyevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan.
Əvvəlcə Sizə və ailənizə səmimi salamlarımı çatdırıram.
Yaşadığım Gəncə şəhəri bugünkü mənzərəsi ilə ürəyimizi açır. Şəhərimiz qədimliyi və müasirliyi özündə təcəssüm etdirməklə bərabər, səliqə-sahmanı ilə də diqqəti çəkir. Gəncənin belə abad görkəm almasında, inkişaf etməsində Sizin əməyiniz böyükdür.
Bununla yanaşı, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya, bu kateqoriyalardan olan vətəndaşların problemlərinin həll edilməsinə görə Sizə minnətdarlığımı bildirirəm.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Quliyev Elçin, müharibə veteranı.
Azərbaycan Respublikası, Gəncə şəhəri.