13 dekabr 2023, 12:00

Kamalə Əliyevadan, Bakı, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Bu ilin aprelindən düşmən əsirliyində olan əsgərlərimiz Hüseyn Axundovun və Aqşin Bəbirovun Sizin sayənizdə erməni əsirliyindən azad edilərək öz ailəsinə qovuşacağı xəbəri bizə hədsiz sevinc hissi bəxş etdi.

Hər iki əsgərimizin analarının nisgilli vəziyyətlərini görəndə qəlbimiz sızlayırdı. Artıq bu nisgilə son qoyulmuşdur. Bununla bir daha göstərdiniz ki, hər bir azərbaycanlının taleyi Sizin üçün önəmlidir.

Azərbaycan xalqına olan qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Biz Sizinlə fəxr edirik.

Hörmətlə,

Əliyeva Kamalə.

Azərbaycan Respublikası, Bakı şəhəri.