30 noyabr 2023, 17:10

Şəhid ailəsinin üzvündən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizə olan xoş sözlərim bir məktuba yerləşməz. İlk növbədə, çox sağ olun ki, torpaqlarımızı düşməndən azad etdiniz. Allah şəhidlərimizə rəhmət etsin, Sizi və əsgərlərimizi qorusun.

Mən, şəhid ailəsinin üzvüyəm, Abşeron rayonunun Xırdalan şəhərində yaşayıram. Sakini olduğum Məhəmməd Əsədov küçəsinin yolu yararsız vəziyyətə düşmüşdü. Bununla əlaqədar Sizə müraciət ünvanlayıb, kömək istəmişdim. Müraciətimdən sonra problem öz həllini tapdı. Yol təmir edildi və asfalt qatı tamamilə yeniləndi.

Cənab Prezident, mən və küçəmizin digər sakinləri Sizə dərin təşəkkürümüzü bildiririk. Allah Sizi daim var etsin. Bayrağımız daim uca olsun. Amin!

Hörmətlə,

Heybətov Taleh,

şəhid ailəsinin üzvü.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.