30 noyabr 2023, 13:59
Ellada Əliyevadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Siz uzun müddət ərzində Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi, haqsızlığı qətiyyətlə pisləmiş, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına birmənalı dəstəyinizi ifadə edərək, hər bir azərbaycanlının bir daha könlünü qazanmısınız. Sizin ideyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası planlı şəkildə həyata keçirilir və bizi vətənimizə qayıdacağımız günə yaxınlaşdırır.
Əziz Prezidentimiz, Sizə şəxsən öz adımdan və ailəmin adından dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Əliyeva Ellada Mürvət qızı, özəl sektorun işçisi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.