29 noyabr 2023, 18:10

Səbuhi Kərimovdan, Tərtər, Azərbaycan

Əziz Prezident, cənab Ali Baş Komandan.

Azərbaycanın qalib ölkəyə çevrilməsi Sizin şah əsərinizdir. Bu Qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı və bununla da ərazi bütövlüyümüz bərpa edildi.

Böyük Zəfər sayəsində ərazi bütövlüyümüzü bərpa və əbədi edən, bir şahmat gedişi ilə dünyanı mat qoyan Sərkərdəmiz, şəhid övladı olaraq ailəmiz adından Sizə dərin hörmət və ehtiramımızı bildirirəm.

Kərimov Səbuhi, Mamırlı kənd tam orta məktəbinin coğrafiya müəllimi, şəhid övladı.

Azərbaycan Respublikası, Tərtər rayonu, Mamırlı kəndi.