29 noyabr 2023, 15:35
Gülşən Ələkbərovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Əvvəlcə Sizə və ailənizə salamlarımı çatdırıram. Bir Gəncə sakini olaraq şəhərimizdə görülən işlərə görə Sizə minnətdarlığımı bildirirəm.
Mən aztəminatlı ailənin üzvüyəm, onkoloji xəstəlikdən əziyyət çəkirəm. Dövlətimizin qayğısı ilə əhatə olunmuşam. Müayinə və müalicəmə kömək göstərilir. Bir vətəndaş olaraq bütün bunlardan razıyam.
Cənab Prezident, ölkəmizdə aztəminatlı ailələrə və qayğıya ehtiyac duyan vətəndaşlara, o cümlədən mənə göstərilən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə Sizə təşəkkür edirəm.
Allah Sizi qorusun.
Hörmətlə,
Ələkbərova Gülşən, aztəminatlı ailənin üzvü.
Azərbaycan Respublikası, Gəncə şəhəri.