28 noyabr 2023, 12:00

Əmirxan Həsənlidən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Mən bir gənc olaraq fəxr edirəm ki, bu dövlətin Sizin kimi qüdrətli, savadlı, uzaqgörən, ölkəsinin hər bir vətəndaşının qayğısına qalan, diqqət və qayğısını xalqından əsirgəməyən müdrik Prezidenti var. Mən bütün bunları görür və çox sevinirəm.

Xalqımız Sizə inanır və güvənir. Elə bunun nəticəsidir ki, Sizin bir əmrinizlə səfərbər olaraq, qısa müddətdə düşmən üzərində Zəfər çaldıq.

Sizə bu şərəfli işlərinizdə gələcəkdə də uğurlar arzulayıram.

Uca Allah Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

Həsənli Əmirxan

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi.