24 noyabr 2023, 17:45

Kəlbəcər rayon sakinlərindən, İsmayıllı, Azərbaycan

Möhtərəm Ali Baş Komandan!

Otuz ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Kəlbəcərin işğaldan azad olunması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin daha bir təsdiqidir. Biz illər, əsrlər sonra da bu şanlı Zəfərin qürurunu yaşayacağıq.

Qədim yurd yerimiz olan Kəlbəcərin işğaldan azad olunması həm də bütün dünyanın yaddaşında Azərbaycan xalqının humanistliyi, insanpərvərliyi ilə qaldı. Sizin rəhbərliyinizlə Azərbaycanın ən gözəl rayonlarından biri Kəlbəcərin inkişafı ilə bağlı strateji planlar sürətlə reallığa çevrilir. Buna görə Sizə minnətdarıq.

Yaşasın Ali Baş Komandan!

Yaşasın qalib Azərbaycan xalqı!

Hörmətlə,

Kəlbəcər rayon sakinləri:

Abdullayev Aydın, şəhid atası,

Mirzəyev Vahid,

Şükürov Seymur.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.