25 noyabr 2023, 11:15

Arif Kərimov və başqalarından, Tərtər, Azərbaycan

Hörmətli Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Biz çox xoşbəxtik. Çünki Sizin kimi qətiyyətli, Vətənimizi beynəlxalq aləmə tanıdan dünya səviyyəli Liderimiz var. Sizin fəaliyyətiniz gənclər üçün bir örnəkdir. Məhz Sizə – Ali Baş Komandana güvənib onun ətrafında birləşməklə oğullarımız 30 ildən sonra torpaqlarımızı işğaldan azad etdilər. Dövlətimizə, Sizə inam olmasaydı, Zəfər də olmazdı.

Sizin lokal xarakterli antiterror tədbirlərindən sona Xankəndidə, Ağdərədə, Xocalıda, Xocavənddə və işğaldan azad edilmiş digər torpaqlarımızda dalğalandırdığınız Azərbaycan Bayrağı bir daha qəlbimizi qürur hissi ilə doldurdu. Nə qədər ki, Sizin kimi dövlət başçımız var, Azərbaycan daha da inkişaf edəcək, çiçəklənəcək, insanların maddi rifahı daha da yüksələcək.

Biz tərtərlilər həmişə Sizinləyik, Sizi dəstəkləyir və Sizə güvənirik. Hər zaman var olasınız!

Tərtər rayon sakinləri adından hörmətlə,

Kərimov Arif

Hümbətli Müşviq

Vəliyev Ərşad

Məmmədov Cəfər

Nağıyev Kamil.

Azərbaycan Respublikası, Tərtər şəhəri.