18 noyabr 2023, 14:23

Vidadi Əliyevdən, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Siz güclü, qüdrətli ordu yaradaraq, xalqımızı səfərbər edərək işğal altındakı torpaqlarımızı qısa müddət ərzində düşməndən azad etdiniz, noyabrın 8-i şanlı tariximizə Zəfər Günü kimi daxil oldu. Sizin rəhbərliyinizlə əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərən Azərbaycan Respublikasının Silahlı Qüvvələri düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamları qısa müddətdə darmadağın etdi. Müzəffər Ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə örnək oldu.

Bu gün müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər, əbədiyaşar Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizin rəhbərliyinizlə ölkəmiz daha da işıqlı gələcəyə doğru inamla irəliləyir. Siz bizim əbədi Prezidentimizsiniz. Müstəqil Azərbaycan Respublikasının vətəndaşı olaraq Sizinlə fəxr edirəm.

Möhtərəm cənab Prezident, bizə yaşatdığınız qələbə sevincinə, qüruruna görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, respublikamızın daha da inkişafı və qüdrətlənməsi naminə çətin, şərəfli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Uca Tanrı Sizi və ailənizi qorusun.

Yaşasın Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Əliyev Vidadi Nağı oğlu, keçmiş döyüşçü, istefada olan zabit.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.