18 noyabr 2023, 15:30

Elgün Aslanovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident.

Ölkəmizin dörd bir yanında olduğu kimi, Gəncə şəhərində də genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Şəhərimizdə Sizin tapşırıqlarınıza əsasən aparılan tikinti-quruculuq və abadlıq işləri zövqlə, günün tələbləri səviyyəsində həyata keçirilir.

Doğma Gəncəmizin gündən-günə gözəlləşməsi üçün görülən işlərə görə Sizə səmimi-qəlbdən minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Aslanov Elgün, ADAU-nun dosenti.

Azərbaycan Respublikası, Gəncə şəhəri.