17 noyabr 2023, 17:22

Türkan Əhmədovadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident.

Həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan sürətli inkişaf yolu ilə irəliləyən, tərəqqi edən dövlətlərdəndir. Gəncə şəhərində aparılan abadlıq-quruculuq işləri birbaşa əhalinin rifahının yaxşılaşdırılmasına xidmət edir.

Şəhər sakini olaraq Nizami yurdu qədim Gəncəyə ayırdığınız xüsusi diqqətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Dərin hörmət və ehtiramla,

Əhmədova Türkan.

Azərbaycan Respublikası, Gəncə şəhəri.