18 noyabr 2023, 13:53

Nəsimi Şirəliyevdən, İsmayıllı, Azərbaycan

Möhtərəm cənab Prezident.

İşğal altındakı torpaqlarımızın azad olunaraq suverenliyimizin tam bərpası, həmçinin prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə Sizi təbrik edirəm. Tarixi ədaləti bərpa edərək xalqımıza hüdudsuz sevinc bəxş etdiniz.

Verdiyiniz qətiyyətli qərarları dəstəkləyir, apardığınız xarici və daxili siyasəti alqışlayır, şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Hörmətli cənab Prezident, işğal altında olan bütün torpaqlarımızın azad edilməsi hər birimizi sevindirir. Vətən uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan igidlərimizin qanı yerdə qalmadı.

Çox sağ olun, cənab Prezident!

Yaşasın Azərbaycan, var olsun Ordumuz!

Hörmətlə,

Şirəliyev Nəsimi.

Azərbaycan Respublikası, İsmayıllı rayonu.