17 noyabr 2023, 16:16

Əhməd Əhmədovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin Azərbaycana rəhbərliyiniz dövründə ölkə əhalisinin sosial rifah halı yaxşılaşıb, davamlı inkişaf müşahidə olunub və ən əsası, torpaqlarımız işğaldan azad edilib. Sizin praqmatik siyasətiniz, Ordumuzun döyüş əzmi, hərbçilərimizin qəhrəmanlığı sayəsində bu gün müqəddəs bayrağımız Şuşada, Xankəndidə, Xocalıda və işğaldan azad edilmiş digər ərazilərimizdə vüqarla dalğalanır, könülləri oxşayır.

Bu qələbələri bizə yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Eyni zamanda, Prezident seçilməyinizin 20 illiyi münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, xoş arzular diləyirəm.

Yolunuz hər zaman uğurlu olsun.

Tircan kənd sakinləri adından hörmətlə,

Əhmədov Əhməd.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Tircan kəndi.