17 noyabr 2023, 14:13

İlham Pirizadədən, İsmayıllı, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Siz Azərbaycanın Prezidenti olduğunuz 20 ildə çoxsaylı uğurlara imza atmısınız. Qarabağ Zəfəri bu uğurların ən önündə gəlir desəm, yəqin ki, yanılmaram. Xalqımızın bu ali məqsədə çatmasında Sizin praqmatik siyasətiniz və vaxtında atılmış mühüm addımlarınız başlıca rol oynamışdır.

Cənab Prezident, İsmayıllı rayonunun Təzəkənd kəndinin sakinləri adından Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həm də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Sizə daim zəfərlər arzulayırıq.

Hörmətlə,

Pirizadə İlham.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Təzəkənd kəndi.