16 noyabr 2023, 18:50
Paşa Mirzəxanovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident.
Sizi, birinci dəfə Prezident seçilməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Sizin rəhbərliyiniz altında ötən 20 illik tarix çoxsaylı nailiyyətlərlə zəngin oldu. Heç şübhəsiz ki, qazanılan uğurların ən böyüyü və əzəmətlisi torpaqlarımızın işğaldan azad edilməsidir. Azərbaycan tarixinin ən güclü, bütöv və tam suveren dövrünü Sizin məqsədyönlü fəaliyyətinizə, müdrik siyasətinizə borcludur. Azərbaycan xalqı Sizə minnətdardır.
Hörmətli Prezidentimiz, Sizə möhkəm cansağlığı, çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Mirzəxanov Paşa
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.