15 noyabr 2023, 16:00
Leyla Balayevadan, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən, Birinci Qarabağ müharibəsi şəhidi Fuad Balayevin anasıyam.
Torpaqlarımızın işğalçı Ermənistandan azad edilməsi münasibətilə öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Sizə nə qədər xoş sözlər yazsaq, azdır. Xalqa bəxş etdiyiniz bu bayram dolu günlər heç vaxt unudulmayacaq. Bu günlərin mütləq gələcəyinə inanırdıq. Çünki, Sizin xalqa verdiyiniz bütün vədlər yerinə yetib.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı arzulayıram.
Var olun!
Hörmətlə,
Balayeva Leyla
Azərbaycan Respublikası, Salyan rayonu, Aşağı Noxudlu kəndi.