16 noyabr 2023, 17:09

Həşim Həşimovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həmçinin tarixi ədalətin bərpası münasibətilə Mollaisaqlı kəndinin sakinləri adından təbrik edir, bundan sonrakı fəaliyyətinizdə də uğurlar arzulayıram.

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad Qələbəmizin möhtəşəm simvoluna çevrildi. Bu parad Azərbaycan Ordusunun qələbə təntənəsi idi.

Kəndimizin sakinləri bu sevincli, qürurlu günlərə görə Sizə minnətdardır.

Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Həşimov Həşim

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Mollaisaqlı kəndi.