16 noyabr 2023, 13:07

Ruşan və Vəng kəndlərinin sakinləri adından, İsmayıllı, Azərbaycan

Möhtərəm Ali Baş Komandan!

2003-cü ilin oktyabrından Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. Sizin verdiyiniz tapşırıqlar, imzaladığınız fərman və sərəncamlar əsasında görülən sürətli və misilsiz işlər xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Bu gün də ölkəmizin davamlı inkişafı üçün əlinizdən gələni edir, məqsədəuyğun işlər görür, praqmatik siyasət yürüdürsünüz.

Sizin rəhbərliyiniz altında sürətlə inkişaf edən Azərbaycanda tolerantlıq və multikultural dəyərlər yüksək səviyyədədir. Xarici siyasətinizin təməlində sülh və əmin-amanlıq dayanır. Bunun nəticəsidir ki, Sizi təkcə azərbaycanlılar deyil, bir çox digər xalqların nümayəndələri də sevir.

İyirmi il idi ki, Azərbaycanın ərazi bütövlüyü bir Prezident kimi Sizi narahat edən əsas istiqamət idi və Siz öz siyasi iradənizlə, qətiyyətinizlə, qurduğunuz Müzəffər Ordu ilə bu işi reallığa çevirdiniz. Bu gün artıq Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Füzulidə, Xocavənddə, Xankəndidə, Xocalıda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Sizi Prezident seçilməyinizin 20 illiyi və Qarabağda qazandığınız tarixi Zəfər münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Ruşan və Vəng kəndlərinin sakinləri adından hörmətlə,

Səfxanov Elşad

Azərbaycan Respublikası, İsmayıllı rayonu.