15 noyabr 2023, 18:06

Bizlan kənd sakinləri adından, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizi ölkəmizə rəhbərlik etməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə uzun ömür, cansağlığı, ölkəmizin, xalqımızın rifahı naminə şərəfli fəaliyyətinizdə böyük uğurlar diləyirik.

Sizin iştirakınızla Xankəndidə keçirilən hərbi paradı böyük qürur hissi ilə izlədik. Şuşada, Xankəndidə, Ağdərədə və digər ərazilərdə qaldırdığınız Azərbaycan Bayrağının bu torpaqlarda əbədi dalğalanacağına bir daha əmin olduq.

Hərbi paraddakı çıxışınızda dediyiniz kimi, 20 il bundan əvvəl xalqımıza verdiyiniz sözü yerinə yetirərək ölkəmizin ərazi bütövlüyünü bərpa etdiniz. Azərbaycan Bayrağı vaxtilə işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə ucaldılıb.

Bunun üçün Sizə, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirmiş qazilərimizə minnətdarlığımızı bildiririk. Sizə güvənir və yürütdüyünüz siyasəti dəstəkləyirik. Fəxr edirik ki, Sizin kimi Ali Baş Komandanımız var!

Bizlan kənd sakinləri adından hörmətlə,

Əmrahıyev Şahfəndər

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Bizlan kəndi.