15 noyabr 2023, 13:40

Elçin Balayevdən, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

İsmayıllı rayonunun Keyvəndi kəndinin sakinləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ildönümü, həmçinin ölkəmizin ərazi bütövlüyünün və dövlətimizin konstitusiya quruluşunun bərpa olunması münasibətilə təbrik edir, Sizə və ailə üzvlərinizə uzun ömür, cansağlığı, səadət dolu günlər arzulayırıq.

Sizin sayənizdə və Ali Baş Komandanı olduğunuz Azərbaycan Ordusunun sayəsində qazandığımız Zəfərin 3-cü ildönümünü xalqımız fəxrlə qeyd edir. Bu şanlı tarixin müasirləri olduğumuz üçün biz xoşbəxt insanlarıq.

Uca Tanrı Sizi qorusun!

Hörmətlə,

Balayev Elçin

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Keyvəndi kəndi.