14 noyabr 2023, 13:09

Ələddin Ələkbərov və Valeh Məmmədovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Biz, Qalagah kəndinin sakinləri Sizin işğaldan azad edilmiş ərazilərə səfərlərinizi televiziyadan böyük fəxarət hissi ilə izləyirik. Ürəyimiz qürur hissi ilə döyünür, qəlbimiz dağa dönür. İşğaldan azad edilən müqəddəs torpaqlarımızda Azərbaycan Bayrağını öpərək qaldırmağınız Sizin Vətənə olan məhəbbətinizdən, xalqımıza möhkəm tellərlə bağlılığınızdan irəli gəlir.

Cənab Prezidentimiz, Sizi Prezident seçilməyinizin 20 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edir, respublikamızın inkişafı, xalqımızın rifahı naminə fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.

Nə yaxşı ki, varsınız, nə yaxşı ki, bizim Prezidentimizsiniz.

Sizə daim qələbələr diləyirik!

Kənd ziyalıları adından hörmətlə,

Ələkbərov Ələddin,

Məmmədov Valeh.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qalagah kəndi.