14 noyabr 2023, 11:09

Nazim Ağakişiyev və Maqsud Hüseynovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident.

Qarabağ Zəfəri Sizin uğurlarınızın ən yüksək zirvəsi oldu. O, elə bir zirvədir ki, vaxtilə çox əlçatmaz görünürdü, amma bu gün biz oradayıq. Biz xalq olaraq Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və Sizin yeni cığırlar açdığınız yolla bu zirvəyə çatdıq.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi və dövlətimizin suverenliyinin tam bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə daimi firavanlıq, səadət və müvəffəqiyyətlər arzulayırıq.

Ulu Tanrı hər zaman köməyiniz olsun!

Hörmətlə,

Ağakişiyev Nazim

Hüseynov Maqsud

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Hacıhətəmli kəndi.