13 noyabr 2023, 13:10

İsmayıllı rayonunun Lahıc qəsəbəsinin sakinlərindən, Azərbaycan

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi və dövlətimizin suverenliyinin tam bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Ötən 20 ildə Azərbaycan adına çox böyük nailiyyətlər, qələbələr, uğurlar yazılıb. Son üç ildə qazanılan zəfərlər, torpaqlarımızın işğaldan tamamilə azad olunması tarixə qızıl hərflərlə həkk edildi. Arzu edirik ki, tariximizin bu qızıl dövrü yeni və daha böyük uğurlara yol açsın.

Lahıc qəsəbə sakinləri adından hörmətlə,

Əlizadə Əli

Əliyev Nəzər

Güliyeva Ayşən

Mövlamov Maqsud

Balayev Arif.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Lahıc qəsəbəsi.