11 noyabr 2023, 13:10
Namiq Aslanovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Siz Azərbaycana rəhbərlik etdiyiniz 20 ildə saysız-hesabsız uğurlara nail olmusunuz. Bu uğurların ən möhtəşəmi Qarabağ Zəfəri hesab edilir. Bu Zəfər sayəsində xalqımız uzun illərin həsrətini sona çatdırdı, yeni xoşbəxt günlərə qədəm qoydu.
Cənab Prezident, İsmayıllı rayonu Zərnava kənd sakinləri adından Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə daim qələbələr diləyirik!
Hörmətlə,
Aslanov Namiq.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Zərnava kəndi.