11 noyabr 2023, 11:38
Rüstəm Babayevdən, ismayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini 2020-ci ildə 44 günlük Vətən müharibəsi dövründə işğaldan azad etdi. Bu il sentyabrın 19-20-də isə uğurlu antiterror tədbirləri ilə torpaqlarımızın qalan hissəsi terrorçulardan təmizləndi və Azərbaycan öz suverenliyini tam bərpa etdi. Bu hadisələr Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malikdir.
Cənab Prezident, Sizi bu çətin və şərəfli vəzifədə fəaliyyətə başlamağınızın 20 illiyi və Azərbaycanın suverenliyinin tam bərpa olunması münasibətilə təbrik edirəm.
Gəraybəyli və Qubaxəlilli kəndlərinin ziyalıları adından hörmətlə,
Babayev Rüstəm.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Gəraybəyli kəndi.