Əlişir Süleymanovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Ölkəmiz çox mühüm tarixi günlər ərəfəsindədir. Ötən ay Sizin Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20-ci ili tamam oldu. Bu müddət ərzində xalqımız, dövlətimiz üçün gördüyünüz misilsiz işlər hər zaman təqdir olunmaqdadır.
Eyni zamanda, Zəfər Gününün 3-cü ildönümünü qeyd etməkdəyik. Bu, təkcə hərb meydanında qazanılan Zəfər deyil, siyasi və diplomatik sahələrdə, zəka nümayişində, dövlətlərarası mübarizədə əldə olunan Qələbədir. Elə ona görə də bizim üçün dəyəri birə-beş artıqdır.
Cənab Prezident, İsmayıllı şəhər sakinləri adından Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həm də ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edirəm.
Ulu Tanrı Sizi qorusun!
Hörmətlə,
Süleymanov Əlişir.
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.