03 noyabr 2023, 15:20
Vicad Babayev və Pərviz Əzizovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!
Siz Azərbaycana rəhbərlik etdiyiniz 20 ildə saysız-hesabsız uğurlara nail olmusunuz. Sözsüz ki, bu uğurların ən önündə Qarabağ Zəfəri dayanır. Zəfərə gedən yol çox keşməkeşli və məşəqqətli olsa da hədəfə doğru inamla və qətiyyətlə irəliləməyi bacardınız.
Cənab Prezident, İsmayıllı rayonunun İstisu kənd sakinləri adından Sizi həm Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, həm də ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması münasibətilə səmimi-qəlbdən təbrik edirik.
Sizə daim qələbələr diləyirik.
Hörmətlə,
Babayev Vicad,
Əzizov Pərviz.
Azərbaycan Respublikası, İsmayıllı rayonu, İstisu kəndi.