02 noyabr 2023, 17:00
Məhəbbət Ağayevdən, Lerik, Azərbaycan
Əziz Prezidentimiz.
Sizi bu çətin və şərəfli vəzifədə fəaliyyətinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, xoşbəxtlik, uzun ömür, ailə səadəti arzulayır, ən xoş diləklərimi yetirirəm.
Bu gün Azərbaycan xalqı Sizin sayənizdə çox xoşbəxtdir. Siz ermənilərin dövlətini siyasi və diplomatik sahədə məğlubiyyətə uğratdınız, onların silahlı qüvvələrini yerlə yeksan etdiniz, xalqımıza Zəfər sevinci yaşatdınız. Azərbaycan xalqının üzünü əbədi olaraq güldürdünüz.
Dünyada nə xoş arzu varsa, hamısını Sizə arzulayıram!
Hörmətlə,
Ağayev Məhəbbət, fermer.
Azərbaycan Respublikası, Lerik rayonu, Noda kəndi.