Nizami Zalovdan, Abşeron, Azərbaycan
Hörmətli Prezident.
2003-cü ildə Azərbaycan xalqı öz səsini Sizin timsalınızda Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına və gələcəyimizə səs verdi. Ötən 20 il ərzində Siz daim Vətənimizin ərazi bütövlüyünün təmin olunması və onun suverenliyi, o cümlədən dayanıqlı inkişafın stabilləşdirilməsi, vətəndaşların rifahının və ordumuzun gücləndirilməsi, dövlətimizin dünya dövlətləri arasında nüfuzunun artırılması, Azərbaycanımızın ümumi tərəqqisinin əldə olunması istiqamətində yorulmadan çalışmışınız. Sizin rəhbərliyinizlə müstəqilliyimiz və ideoloji dayaqlarımız daha da möhkəmləndirildi, vətəndaş həmrəyliyi bərqərar oldu, milli maraqlarımız beynəlxalq müstəvidə ən yüksək səviyyədə qorundu.
Sizin “dəmir yumruğ"unuzla Qarabağda həyata keçirilən uğurlu antiterror tədbirlərindən sonra erməni terrorçuları ərazilərimizdən tamamilə uzaqlaşdırıldı. Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı dalğalandıraraq bu torpaqların əsl sahiblərinin kimlər olduğunu bütün dünyaya göstərdiniz. Biz ağsaqqallar əminik ki, Siz bundan sonra da Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi böyük yolu uğurla davam etdirəcəksiniz.
Sizi Prezident seçilməyinizin 20 illiyi münasibətilə təbrik edir, Sizə gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzulayırıq.
Hörmətlə,
Zalov Nizami Qurban oğlu,
Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası.
Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.