03 noyabr 2023, 10:48

Nadir Hüseynovdan, Abşeron, Azərbaycan

Cənab Prezident.

Sizin Azərbaycana rəhbərliyiniz müddətində xalqımızın sosial rifahı yaxşılaşıb, iqtisadi tərəqqi əldə edilib və ən əsası torpaqlarımız işğaldan azad olunub. Sizin düşünülmüş siyasətiniz, Ordumuzun döyüş əzmi və şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün əzəli torpaqlarımızda müqəddəs bayrağımız dalğalanır.

Bu qələbələri bizə yaşatdığınız üçün Sizə təşəkkür edir və Prezident seçilməyinizin 20 illiyi münasibəti ilə Sizi təbrik edirəm.

Uğur həmişə Sizinlə, Azərbaycanla olsun!

Hörmətlə,

Hüseynov Nadir

Vətən müharibəsi şəhidi Turqut Xəlilbəylinin atası.

Azərbaycan Respublikası, Abşeron rayonu, Masazır kəndi.