26 oktyabr 2023, 15:39

Əbülfət Salamovdan, Şuşa, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibəti ilə təbrik edirik.

Siz 20 il ərzində xalqa verdiyiniz vədləri bütünlüklə yerinə yetirərək Müzəffər Ali Baş Komandan kimi Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsinə və əsrin qalib ölkəsinə çevrilməsinə nail oldunuz .

Bu gün Sizin rəhbərliyinizlə işğaldan azad olunmuş şəhər və rayonlarımız yenidən qurulur və dirçəldilir.

Biz məcburi köçkünlər üçün böyük qayıdışın reallaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər, strateji layihələr Sizin böyük fəaliyyətinizin nəticəsidir.

Sizə ailənizlə birlikdə uzun ömür, cansağlığı arzulayırıq.

Hörmətlə,

Salamov Əbülfət Bəbəş oğlu.

Azərbaycan Respublikası, Şuşa rayonu.