26 oktyabr 2023, 11:30

Malik Rəcəbovdan, Neftçala, Azərbaycan

Çox hörmətli Prezident, cənab Ali Baş Komandan!

Prezidentlik fəaliyyətinizin 20 illiyi münasibətilə Sizi ailəmiz adından təbrik edirəm.

Siz Prezidentliyinizin 20 illiyində Azərbaycan xalqına möhtəşəm Qələbə sevinci bəxş etdiniz. Eyni zamanda, bu yubiley ilində özünüzə və xalqımıza ən böyük və əvəzsiz hədiyyəni elə özünüz etmiş oldunuz. Dövlət Bayrağımız bu gün Xankəndidə və Qarabağın digər ərazilərində vüqarla dalğalanır.

Cənab Prezidentimiz, Siz başda olmaqla Azərbaycan xalqına, bütün hərbçilərimizə daim uğurlar diləyirəm.

Hörmətlə,

Rəcəbov Malik.

Azərbaycan Respublikası, Neftçala rayonu, Həsənabad qəsəbəsi.