23 oktyabr 2023, 15:13

Salyan rayonunun Sarvan kəndinin sakinlərindən, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizin 20 illik fəaliyyətinizin tarixi uğurları faktlarla çox zəngindir. Vətənimizin bu günü və sabahı naminə həyata keçirdiyiniz möhtəşəm işlərlə xalqımızın dərin hörmət və məhəbbətini qazanmısınız.

Son 20 il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz qanunverici qələbələr əldə edilib, Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaranıb.

Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başladığı, Sizin tərəfinizdən inamla davam etdirilən uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

Sizin Prezidentlik dövrünüzdə hərbi quruculuq siyasəti nəticəsində müasir dövrün ən yüksək standartlarına cavab verən Ordu yaradılıb. Qarabağı və Şərqi Zəngəzuru heç vaxt görməyən, ancaq doğma torpaq uğrunda canından keçməyə hazır olan gənc nəsil yetişdirilib.

Müzəffər Ali Baş Komandan kimi yüksək sərkərdəlik məharəti və Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi, rəşadəti, yüksək hərbi texniki və mənəvi psixoloji hazırlığı 44 günlük Vətən müharibəsində tarixi Qələbəni təmin etdi. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan Azərbaycan torpaqları azad olundu və Ulu Öndər Heydər Əliyev tərəfindən başladılmış tarixi missiya layiqincə sona çatdırıldı.

Azərbaycan dövlətinə qarşı təhdidlərə son qoymaq üçün bu il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri hərb tariximizə yeni şanlı səhifə yazdı.

Bu gün biz qürurla söyləyirik ki, Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində Azərbaycanın suverenliyi bütün ərazimizdə bərpa edilib.

Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, gələcək işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

İsmayılov T

Bağırov R

Alışov S və başqaları (100 nəfər).

Azərbaycan Respublikası, Salyan rayonu, Sarvan kəndi.