Nailə Şükürova və başqalarından, Salyan, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə Salyan şəhər ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edirik.
Möhtərəm cənab Prezident, 30 ildən artıq işğal altında qalmış torpaqların Sizin 44 günlük Vətən müharibəsində qazandığınız Zəfər sayəsində azad edilməsi onu göstərir ki, Azərbaycan xalqı daim Sizin ətrafınızda “dəmir yumruq” kimi sıx birləşmişdir. Bu tarixi Zəfər dünya tarixində misli görülməmiş bir Qələbəyə çevrildi, xalq ilə rəhbər arasında vəhdətin bariz nümunəsi oldu.
Möhtərəm cənab Prezident, sentyabrda keçirilən antiterror tədbirləri doğma torpaqlarımızda Azərbaycan xalqının tam qələbəsini təmin etdi.
Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirməyiniz sayəsində Azərbaycan dünya dövlətləri arasında öz sözünü deyən bir ölkəyə çevrilib. Respublikamız Sizin rəhbərliyinizlə gündən-günə inkişaf edərək, iqtisadi və siyasi cəhətdən regional lider rolunu öz üzərinə götürməyi bacarıb. Salyan rayonu da Sizin rəhbərliyinizlə sürətlə inkişaf edərək, respublikanın aparıcı rayonlarından birinə çevrilib. Belə ki, rayonumuzda son dövrlərdə həyata keçirilən infrastruktur layihələri, aparılan abadlıq-quruculuq işləri əhali arasında dərin rəğbət hissinə səbəb olub.
Möhtərəm cənab Prezident, biz salyanlılar Sizin apardığınız daxili və xarici siyasətinizi dəstəkləyir, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzu edirik.
Allah Sizə yar olsun!
Hörmətlə,
Şükürova Nailə
Məmmədova Gülputa
Əsgərova Cəmilə
Axundov Arif və başqaları (100 nəfər).
Azərbaycan Respublikası, Salyan rayonu.