Zümrüd Zamanovadan, Tərtər, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan,
Sizi Azərbaycan Respublikası Prezidenti kimi fəaliyyətinizin 20 illiyi ilə əlaqədar özüm və ailə üzvlərimiz adından təbrik edirəm.
Prezidentlik fəaliyyətinizin 20-ci il dönümündə – 2023-cü il 15 oktyabr tarixində suverenliyimizin tam bərpa edilməsi bütün Azərbaycan xalqını qürurlandırdı. Oktyabrın 15-i Azərbaycan dövlətinin tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan bu uğura Sizin Ali Baş Komandan kimi rəhbərliyiniz, şəhidlərimizin, qazilərimizin və əsgərlərimizin cəsarətləri sayəsində çatdı. 2023-cü il oktyabrın 15-də Sizin Ağdərədə, Sərsəng su anbarının ərazisində, Əsgəran, Xocalı, Xocavənd və Xankəndidə Dövlət Bayrağımızı dalğalandırmağınız bütün Azərbaycan xalqı kimi bizi də çox qürurlandırdı.
Fəaliyyətinizin gələcək illərində Sizə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya uğurlar arzulayıram. Azərbaycanın gələcək xoş günlərini qeyd etmək üçün Sizlərə can sağlığı, uzun ömür diləyirəm.
Allah möhtərəm Prezidentimizi, Müzəffər Ali Baş Komandanımızı qorusun.
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Hörmətlə,
Zamanova Zümrüd Ələkbər qızı,
Əməkdar müəllim.
Azərbaycan Respublikası, Tərtər şəhəri.