Emil Rüstəmovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı kimi rəhbərlik etdiyiniz bu qısa müddətdə ölkəmiz həm iqtisadi, həm də siyasi cəhətdən inkişaf edərək regionda, həmçinin dünya miqyasında öz sözünü deyən, güclü bir dövlətə çevrilmişdir.
Gördüyünüz misilsiz işlərin nəticəsi olaraq ölkəmizin 30 ilə yaxın işğal altında olan torpaqları düşmən tapdağından xilas edilərək tam azad olmuşdur. Bu gün qürur hissi ilə bütün dünyaya azadlığımızı, suverenliyimizi bəyan edə bilərik.
44 günlük Vətən müharibəsi və müharibədən sonrakı dövrdə göstərdiyiniz möhkəm iradə, güclü siyasət nəticəsində əldə olunan tam qalibiyyət də məhz Sizin uğurunuzdur.
Bundan sonrakı fəaliyyətinizdə də Sizə daim sağlam can, sarsılmaz iradə və yalnız uğurlar arzu edirəm.
Hörmətlə,
Rüstəmov Emil Heybullah oğlu
Azərbaycan Respublikası, Bakı şəhəri.