23 oktyabr 2023, 11:01

Elsəver Məmmədovdan, Amsterdam, Niderland

Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Prezidenti seçilməyinizin 20 illiyi, Xankəndi şəhərində Dövlət Bayrağımızı ucaltmağınız münasibətilə təbrik edirəm.

Bu gün böyük qürurla deyə bilərəm ki, mən azərbaycanlıyam.

Torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etməklə məqsədinə nail oldunuz. Siz çıxışlarınızın birində demişdiniz: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Sizinlə Azərbaycan xalqı da xoşbəxtdir.

Hörmətlə,

Məmmədov Elsəver, Benilüks Azərbaycanlıları Konqresinin sədri.

Niderland Krallığı, Amsterdam şəhəri